Bakıda 4 yaşlı uşağın faciəli ölümünün TƏFƏRRÜATI - VİDEO

Bakıda 4 yaşlı uşağın faciəli ölümünün TƏFƏRRÜATI -

Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb

Azmedia.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, 2022-ci il təvəllüdlü İbrahim Kənan oğlu Qafarlı yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə quraşdırılmış qoruyucu tora söykənib. Ağırlığa tab gətirməyən tor yerindən qopub və azyaşlı onunla birlikdə aşağı yıxılıb.

Nəticədə İbrahim Qafarlı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.//oxu