Göyçayda ailənin yeganə övladı müəmmalı şəkildə öldü – FHN əməkdaşı imiş- FOTO

Göyçayda ailənin yeganə övladı müəmmalı şəkildə öldü – FHN əməkdaşı imiş-

Göyçay şəhərində yerləşən köhnə yarımtikilidə 28 yaşlı kişinin meyiti aşkarlanıb. Məlum olub ki, həyatını itirən şəxs ailənin yeganə övladı olub və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi çalışıb.

Azmedia.Az xəbər verir ki, Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə tapılıb.

Metbuat.az-ın məlumatına görə, meyiti aşkarlanan şəxs Göyçay şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur.

Məlumata əsasən, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.