FHN Mingəçevirdə köməksiz vəziyyətdə qalan şəxsi xilas edib
Mingəçevirdə FHN əməkdaşları köməksiz vəziyyətdə olan şəxsi xilas edib.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə bağlar yaşayış massivində yerləşən fərdi təsərrüfatda qeydə alınıb. FHN xilasediciləri yaşadığı evdə köməksiz vəziyyətdə qalan 1965-ci il təvəllüdlü Sadıqov Müslüm Qurban oğlunu xilas edərək xəstəxanaya çatdılmasını təmin edib. Qeyd edək, köməksiz vəziyyətdə qalan şəxs həm də yerimək imkanından məhrum şəxsdir.
Ehtiram Muradov
Azmedia.Az


