Goranboyda 13 yaşlı yeniyetməni avtomobil vurub - FOTO
Goranboyda 13 yaşlı yeniyetməni avtomobil vurub öldürüb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 13 yaşlı Əlağa Əsgərovu avtomobil vurub. Yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma başlanılıb.
Ehtiram Muradov
Azmedia.Az


