“Sabah” – “Slaviya” oyununu hansı hakimlər idarə edəcək?

“Sabah” – “Slaviya” oyununu hansı hakimlər idarə edəcək?

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda keçiriləcək “Sabah” – “Slaviya” qarşılaşmasının hakim təyinatları açıqlanıb.

Azmedia.Az xəbər verir ki, oktyabrın 13-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Avstriya Futbol Federasiyasını təmsil edən Sebastyan Qishamer olacaq. Hakimlər briqadasında ona Roland Ridel və Santino Şrayner yan xətt hakimləri kimi dəstək verəcəklər. Görüşün dördüncü hakimi vəzifəsi isə Valter Altmanna həvalə olunub.

Oyunun video köməkçi hakim (VAR) vəzifəsi Alan Kijasa həvalə olunub. Yozef Spurni isə VAR köməkçisi (AVAR) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Sabah” – “Slaviya” matçı oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq.