Afət Fərmanqızına şok qərar: Vəfa Şərifovanın qardaşına 7 min manat ödəyəcək

Afət Fərmanqızına şok qərar: Vəfa Şərifovanın qardaşına 7 min manat ödəyəcək

Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızına qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə iddianı qismən təmin edərək müğənnidən 7 min manat mənəvi zərər əvəzi və 90 manat dövlət rüsumunun tutulmasına qərar verib.

Azmedia.Az xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.
Tovuz Rayon Məhkəməsində baxılan işdə Rəşad Şərifov Afət Fərmanqızının onun barəsində yaydığı məlumatların təkzib olunmasını, həmin məlumatların şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilməsini və dəymiş mənəvi zərərə görə 100 min manatın müğənnidən tutularaq ona ödənilməsini tələb edib.

Məhkəmə yekun qərarını elan edərək iddianı qismən təmin edib.

Qətnaməyə əsasən, Afət Fərmanqızının internet platformalarında, o cümlədən sosial şəbəkələrdə, “YouTube” kanallarında, “Telegram” və digər rəqəmsal platformalarda işlətdiyi ifadələr Rəşad Şərifovun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunub.

Qərara əsasən, mənəvi zərərin əvəzi olaraq Afət Fərmanqızından 7 min manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 manat tutularaq Rəşad Şahyar oğlu Şərifova ödənilməlidir. 

///Unikal.az