Emin Ağalarov: “Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb”- VİDEO
Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində dünyanın aparıcı investisiya fondlarının nümayəndələri bir araya gəlib.
Azmedia.Az xəbər verir ki, bunu “Sea Breeze” kurortunun təsisçisi və sahibi Emin Ağalarov Baku TV-yə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində açıqlamasında bildirib.
Emin Ağalarovun sözlərinə görə, bu gün fəaliyyətə başlayan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu uğurlu şəkildə keçirilir. O, forumun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəxsən açılmasını da tədbirin əhəmiyyətini göstərən məqamlardan biri kimi qeyd edib.
E.Ağalarov bildirib ki, bu gün Bakıda – Konqres Mərkəzində dünyanın ən böyük investisiya fondlarının nümayəndələri toplaşıblar.
Onun diqqətə çatdırdığı məlumata əsasən, sözügedən fondların idarə etdiyi aktivlərin ümumi dəyəri təxminən 27 trilyon ABŞ dollarıdır.
Emin Ağalarov həmçinin Prezident İlham Əliyevin forum çərçivəsində investisiyalar üçün perspektivli hesab etdiyi istiqamətlərə toxunub.
O bildirib ki, dövlət başçısı neft-qaz sektorunu, logistikanı və energetikanı, xüsusilə də elektrik enerjisi istehsalını investisiyalar baxımından perspektivli sahələr sırasında qeyd edib.
Emin Ağalarovun açıqlaması II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edən beynəlxalq investorların miqyası və tədbirin əsas istiqamətləri ilə bağlı məlumatları əhatə edib.
Daha ətraflı videoda.
///baku.ws


