Bakının məşhur simvolu Çin bayrağının rənglərinə büründü- FOTO

Bakının məşhur simvolu Çin bayrağının rənglərinə büründü-

Heydər Əliyev Mərkəzinin binası Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə Çin bayrağının rəngləri ilə işıqlandırılıb.

Azmedia.Az xəbər verir ki, Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb.

Oktyabrın 1-də həyata keçirilən işıqlandırma tədbiri Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə təşkil olunub. 

Heydər Əliyev Mərkəzində Çin dövlət bayrağının rənglərinin əks olunması Azərbaycanla Çin arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin rəmzi ifadəsidir. 

Qeyd edək ki, Azərbaycanla Çin arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir. 

Bundan əlavə, Bakı Olimpiya Stadionu da Çin dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.