İlham Əliyev Bişkekdə Məsud Pezeşkianı “İstisu” ilə qonaq etdi- VİDEO
Azərbaycan və İran prezidentlərinin Bişkekdə keçirilən görüşündə diqqətçəkən və səmimi an yaşanıb.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana Azərbaycandan gətirdiyi məşhur “İstisu” mineral suyunu təqdim edib.
“Azərbaycan suyunun dadına da baxın! Burada əla “İstisu” suyu var. Mən özümlə gətirmişəm”, – deyə İlham Əliyev bildirib.
Daha sonra Azərbaycan Prezidenti həm Məsud Pezeşkian, həm də özü üçün “İstisu” süzüb.
Görüş zamanı baş verən bu səmimi dialoq iki ölkə liderinin görüşündən maraqlı görüntülərdən biri kimi yadda qalıb.


