Üç şəhidin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib- FOTO
Vətən uğrunda şəhidlik zirvəsinə ucalan Zaur Cəfərov, İlqar Hüseynli və Hüseyn Tağıyevin xatirəsi anılıb. Bununla bağlı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində və Hərbi Memorial Məzarlıqda mərasimlər təşkil olunub.
Azmedia.Az xəbər verir ki, Cəfərov Zaur Hüseyn oğlu, Hüseynli İlqar Şəmiyyət oğlu və Tağıyev Hüseyn Oqtay oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, həmçinin Hərbi Memorial Məzarlıqda təşkil edilib.
Mərasimlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər şəhidlərin döyüşlər zamanı göstərdikləri qəhrəmanlıq və şücaətdən söz açıb, onların şərəfli həyat yolundan bəhs ediblər.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


