İlham Əliyev Laos Prezidentini Bakıda qarşıladı – Rəsmi mərasim keçirildi- FOTO
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri çərçivəsində Bakıda rəsmi qarşılanma mərasimi təşkil olunub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev Laosun dövlət başçısını qarşılayıb.
Azmedia.Az xəbər verir ki, rəsmi qarşılanma mərasimi oktyabrın 13-də keçirilib.
Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi qarşılanma mərasimi təşkil edilib.
Azmedia.Az xəbər verir ki, mərasimin keçirildiyi meydanda Azərbaycan və Laosun Dövlət bayraqları dalğalanıb. Laos Prezidentinin şərəfinə ərazidə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşılayıb.
Daha sonra fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verib. Ardınca Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Hərbi marşın müşayiəti ilə fəxri qarovul dəstəsi dövlət başçıları — İlham Əliyev və Thonqlun Sisulitin qarşısından keçib.
Mərasim çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Laos Prezidenti Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunublar.
Sonda hər iki ölkənin dövlət başçıları rəsmi foto çəkdiriblər.


