İlham Əliyevdən Azərbaycan-Türkmənistan əlaqələri ilə bağlı mühüm mesajlar- FOTO

İlham Əliyevdən Azərbaycan-Türkmənistan əlaqələri ilə bağlı mühüm mesajlar-

Prezident İlham Əliyev Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyini bildirib.

Azmedia.Az xəbər verir ki, dövlət başçısı bu fikirləri Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı səsləndirib.
Prezident İlham Əliyev Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.

Dövlət başçısı çıxışı zamanı bildirib ki, ötən ildən etibarən iki ölkə arasında artıq beş yüksək səviyyəli səfər həyata keçirilib.

İlham Əliyev bu səfərlərin siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı iradəni göstərdiyini qeyd edib.

Prezident, həmçinin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşa olunmasına xüsusi diqqət çəkib.

Dövlət başçısı xatırladıb ki, ötən il həmin məscidin təməlqoyma mərasimində Qurbanqulu Berdiməhəmmədovla birlikdə iştirak edib.

İlham Əliyev Türkmənistan tərəfindən Azərbaycana təqdim olunan bu hədiyyənin iki xalq arasındakı dostluğun və mənəvi yaxınlığın növbəti göstəricisi olduğunu vurğulayıb.