Sahibə Qafarova deputatın sözlərinə REAKSİYA VERDİ – “Bura Milli Məclisdir!”
Milli Məclisin bugünkü plenar iclasında deputat Səyyad Aranın işlətdiyi ifadə parlamentin sədri Sahibə Qafarovanın etirazına səbəb olub.
Azmedia.Az xəbər verir ki, deputat Səyyad Aran parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Milli Məclisi “danışmaqxana” adlandırıb.
O, çıxışı zamanı “Milli Məclis danışmaqxanadır” ifadəsini işlədib.
Parlamentin sədri Sahibə Qafarova deputatın bu sözlərinə münasibət bildirərək ona iradını çatdırıb.
Sədr çıxışında belə deyib:
“Bura Milli Məclisdir, danışmaqxana adlandırmaq olmaz. Xahiş edirik parlament etikası və leksikasından düzgün istifadə edin”.



