Məleykə Əsədovanın bacısı qızı vəfat etdi – 29 yaşında ana olmuşdu- FOTO

Məleykə Əsədovanın bacısı qızı vəfat etdi – 29 yaşında ana olmuşdu-

Xalq artisti Məleykə Əsədovanın ailəsində ağır itki baş verib. Sənətçinin bacısı qızı Mina İranda uzun sürən xəstəlikdən sonra 29 yaşında dünyasını dəyişib.

Azmedia.Az xəbər verir ki, Xalq artisti Məleykə Əsədovanın bacısı qızı Mina ötən gün İranda vəfat edib.

Məlumata görə, 29 yaşlı Mina uzun müddətdir davam edən xəstəlikdən əziyyət çəkib.

Üç qız övladı olan Mina yaxın vaxtlarda oğul övladı dünyaya gətiribmiş.

Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. O, 2008-ci ildə iki qızı ilə birlikdə dəm qazından boğulub.

Həmin hadisə zamanı Mina sağ qalsa da, onun 13 yaşlı bacısı həyatını itirib.

/// Qafqazinfo