Mingəçevirdə şagirdlərin əl işləri sərgiləndi - FOTO

Mingəçevirdə şagirdlərin əl işləri sərgiləndi -

Mingəçevirdə “Peşə Təmayüllü Siniflərin Əl İşləri Sərgisi” keçirilib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, əl işləri sərgisi İlqar Kişiyev adına 17 saylı orta məktəbdə gerçəkləşib. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən “Peşə Təmayüllü Siniflər” layihəsi çərçivəsində şagirdlərin əl işlərindən ibarət rəngarəng əl işləri nümayiş olunub.

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev, Mingəçevir şəhəri üzrə təhsil sektorunun rəhbəri Rüstəm Aslanov, media nümayəndələri və çoxsayda qonaqlar iştirak edib. 

Şagirdlərin yaradıcılıq bacarıqlarını və əldə etdikləri praktik bilikləri əks etdirən nümunələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd şagirdlərin peşə bacarıqlarını və yaradıcılıq potensialını nümayiş etdirmək, onların əmək bazarına hazırlıq səviyyəsini artırmaq, peşə təhsilinə marağı təşviq etmək və gələcək peşə seçimlərinə motivasiya yaratmaq olub.

Ehtiram Muradov

Azmedia.Az