Sabah qaz olmayacaq: Bu ərazilər siyahıdadı

Sabah qaz olmayacaq:

Sabah saat 09:30-dan etibarən Yevlax rayonu Cırdaxan kəndi, Qaçqın şəhərciyi, 210 evlik Yeni yaşayış massivi, İrəvanlı qəsəbəsi, N.Əlizadə, Ceyhun Mustafayev və R.Budaqov küçələrində 1 010 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Azmedia.Az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Yevlax-1 ölçü qovşağından qidalanan daşıyıcı sənaye qaz kəmərində xidmət sahəsi tərəfindən aşkarlanan sızmaların ləğv olunması ilə əlaqədardır.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.