Sosial şəbəkələrdə nasazlıq: Instagram və TikTok istifadəçiləri problemlə üzləşdi- VPN-vasitəsilə işləyir?
Bu gün səhər saatlarından etibarən Instagram və TikTok sosial şəbəkələrinin fəaliyyətində problemlər qeydə alınıb. İstifadəçilər platformalara daxil olmaq və videoları yükləməkdə çətinliklə üzləşdiklərini bildiriblər.
Azmedia.Az xəbər verir ki, 12 oktyabr səhər saatlarında Instagram və TikTok sosial şəbəkələrinin fəaliyyətində nasazlıqlar müşahidə olunub.
İstifadəçilərin bildirdiklərinə görə, platformalarda bəzi funksiyalardan istifadə etmək mümkün olmayıb. Xüsusilə videoların yüklənməməsi və məzmunun açılmaması ilə bağlı çətinliklər yaşanıb.
Nasazlığın yalnız ayrı-ayrı istifadəçilərlə məhdudlaşdığı, yoxsa daha geniş ərazini əhatə etdiyi barədə dəqiq məlumat yoxdur. Problemin səbəbi ilə bağlı da hələlik rəsmi açıqlama əldə edilməyib.
Səhər saatlarında Azərbaycanda istifadəçilərin Instagram və TikTok-a girişdə çətinliklərlə üzləşməsi barədə məlumatlar yayılıb. Bəzi istifadəçilər Instagram-da lentin yenilənmədiyini, profillərin açılmadığını, TikTok-da isə paylaşımların yüklənmədiyini bildiriblər.
Problemin səbəbi və miqyası ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki,girişdə kütləvi problem (məhdudiyyət) yarandığı üçün hər iki tətbiq yalnız VPN vasitəsilə işləyir.


