Tanınmış futbol mütəxəssisi, idman müəllimi vəfat edib - FOTO
Tanınmış Mingəçevirli futbol mütəxəssisi və idman müəllimi vəfat edib.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, keçmiş futbolçu və müəllim Elbrus İsmayılov 66 yaşında vəfat edib. Qeyd edək ki, Elbrus İsmayılov bir zamanlar futbol üzrə SSRİ çempionatının ikinci dəstəsində çıxış edən "Avtomobilçi"(Mingəçevir), həmçinin Azərbaycan çempionatınım "Kürnur" komandalarında çıxış edib. Birinci divizionun "Energerik" futbol klubunun komanda rəisi olub. E.İsmayılov həmçinin şəhər Texniki Humanitar Liseyində idman müəllimi vəzifəsində çalışıb.
Ehtiram Muradov
Azmedia.Az


