“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində oyun təqvimi açıqlanıb-

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində oyun təqvimi açıqlanıb-

“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/27-ci il mövsümünün əsas mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. UEFA-nın açıqladığı rəsmi təqvimə əsasən, Azərbaycan çempionunu Avropanın tanınmış klubları ilə səkkiz qarşılaşma gözləyir. 

Azmedia.Az xəbər verir ki, paytaxt təmsilçisi turnirdə ilk oyununu sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.

“Sabah” oktyabrın 13-də Bakıda Çexiyanın “Slaviya”sını qəbul edəcək. Bundan bir həftə sonra – oktyabrın 20-də isə Azərbaycan çempionu doğma meydanda Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə qarşılaşacaq.

Noyabrın 4-də “Sabah” Norveçdə “Vikinq”in qonağı olacaq. Noyabrın 25-də isə Bakı Olimpiya Stadionunda İspaniyanın “Barselona” komandası ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçisinin dekabrın 8-də səfərdə “Vilyarreal”la qarşılaşması nəzərdə tutulub.

“Sabah” 2027-ci ilin yanvarında əsas mərhələnin son iki oyununu keçirəcək. Komanda yanvarın 20-də Bakıda İtaliyanın “Napoli” klubunu qəbul edəcək, yanvarın 27-də isə İngiltərədə “Arsenal”la qarşılaşacaq. 


“Sabah”ın Çempionlar Liqasında oyun təqvimi:

10 sentyabr 2026 – “Mançester Yunayted” – “Sabah”

     13 oktyabr 2026 – “Sabah” – “Slaviya”

     20 oktyabr 2026 – “Sabah” – “Borussiya” (Dortmund)

    4 noyabr 2026 – “Vikinq” – “Sabah”

    25 noyabr 2026 – “Sabah” – “Barselona”

    8 dekabr 2026 – “Vilyarreal” – “Sabah”

    20 yanvar 2027 – “Sabah” – “Napoli”

     27 yanvar 2027 – “Arsenal” – “Sabah”