Mingəçevirdə 9 mərtəbəli binada yanğın - YENİLƏNDİ - FOTOLAR

Mingəçevirdə 9 mərtəbəli binada yanğın -

Mingəçevirdə 9 mərtəbəli binada yanğın baş verib.

Azmedia.Az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş məcburi köçkün şəhərciyində, 11 nömrəli 9 mərtəbəli binada baş verib.

Yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürmə briqadası cəlb olunub. İlkin məlumata görə, yanğın binanın liftində baş verib.

Hadisə zamanı tüstüdən zəhərlənən, həyəcan və qorxu səbəbindən çətin vəziyyətə düşən, həmçinin blokdan aşağı qaçarkən yıxılan 15-dən çox sakinə yerində tibbi yardım göstərilib.

Vəziyyəti daha ağır olan 2004-cü il təvəllüdlü hamilə qadın Aytən Mustafayeva və 2006-cı il təvəllüdlü Şamxal Məmmədov, həmçinin qaçarkən yıxılan daha bir sakin xəstəxanaya çatdırılıb.

Beləliklə, hadisə ilə əlaqədar ümumilikdə 3 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda həkim briqadaları hadisə yerində digər sakinlərə tibbi yardım göstərməkdə davam edir.

Ehtiram Muradov

Azmedia.Az