Ramin Məmmədov: Dini abidələrin bərpası milli yaddaşın qorunmasının mühüm göstəricisidir

Ramin Məmmədov: Dini abidələrin bərpası milli yaddaşın qorunmasının mühüm göstəricisidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov tarixi-dini abidələrin qorunması və bərpasının əhəmiyyətindən danışıb.

Azmedia.Az xəbər verir ki, Ramin Məmmədov bu fikirləri “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda səsləndirib.

O bildirib ki, dini abidələrin bərpası keçmişə ehtiram, milli yaddaşa bağlılıq və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir.

Ramin Məmmədovun sözlərinə görə, məscid, ziyarətgah, türbə və digər tarixi-dini abidələr yalnız daş və memarlıq elementlərindən ibarət tikililər deyil. Bu məkanlar xalqın tarixi yolu, dini dünyagörüşü, adət-ənənələri və milli yaddaşı haqqında mühüm məlumatları özündə yaşadır.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq, mədəni irsin qorunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Onun sözlərinə görə, tarixi və mədəniyyət abidələrinin mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, abidələrin bərpası və onların gələcək nəsillərə çatdırılması istiqamətində görülən tədbirlər və qəbul edilən qərarlar bu sahədə aparılan siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir.