Netanyahu ABŞ-yə gedir – səfərin tarixi açıqlanıb
İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də ABŞ-nin Nyu-York şəhərinə üçgünlük səfər edəcək.
Azmedia.Az xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısının dəftərxanası məlumat yayıb.
Məlumata görə, Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka yola düşəcək və burada üçgünlük səfərdə olacaq.
Baş nazir səfər çərçivəsində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının növbəti sessiyasının tədbirlərində iştirak edəcək.
Bundan əlavə, yayılan son məlumata əsasən, Netanyahu sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcək və səfəri sentyabrın 25-də başa çatacaq.


