Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Azmedia.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər.
Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Şamaxı şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
İlham Əliyev və Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyaraq Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.


