Ucarda avtomobil qəzası: yaralı Bakıya aparılıb
Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər müxtəlif bədən xəsarətləri alıb.
Azmedia.Az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Avtomobil qəzası zamanı müxtəlif bədən xəsarətləri alan 1992-ci il təvəllüdlü rayon sakini Umudov Pünhan Bəşir oğlu xəstəxanaya çatdırılıb.
Yaralının xəsarətlərinin ciddiliyi nəzərə alınaraq o, daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtdakı klinikalardan birinə göndərilib.
Hadisənin səbəbləri və qəzanın digər təfərrüatları ilə bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


