Şamaxıda ağır qəza: 75 yaşlı sürücü və sərnişin öldü
Şamaxıda avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması iki nəfərin ölümü ilə nəticələnib.
Azmedia.Az xəbər verir ki, hadisə Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində baş verib.
Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı çökəkliyə düşüb və ağaca çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 75 yaşlı Mətləb Aslanov, və sərnişini, 70 yaşlı Şövkət Aslanova, aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


