Mingəçevirdə yolu keçən qadını “Mercedes” vurdu – YARALANDI

Mingəçevirdə yolu keçən qadını “Mercedes” vurdu –

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 37 yaşlı qadın xəsarət alıb.

Azmedia.Az xəbər verir ki, hadisə şəhərin M. Maqomayev prospektində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 37 yaşlı Aygün Allahverdiyevanı vurub.

Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.

 Ehtiram Muradov

Azmedia.Az