Prezidentlər “Yeni Daşkənd”də ağac əkdilər- FOTO
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yeni Daşkənd”də Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.
Azmedia.Az xəbər verir ki, açılış mərasimi çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri universitetin həyətində ağac əkiblər.
Ağacəkmə mərasimi iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin rəmzi ifadəsi kimi diqqət çəkib.
Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak edən dövlət başçıları daha sonra universitetin fəaliyyəti və yaradılan şəraitlə tanış olublar.


