Bu gün çimərliyə gedənlərə XƏBƏRDARLIQ: Dənizə girmək təhlükəlidir
Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara xəbərdarlıq edilib.
Azmedia.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava zamanı dənizə girməyin təhlükəli olduğunu bir daha diqqətə çatdırıb.
Nazirlik əhalini hava şəraitini nəzərə almağa və küləkli havada dənizdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti avqustun 15-də Bakı və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.


