MİQ-də növbəti mərhələyə keçənlər bəlli oldu – namizədlərə bildiriş göndərildi

MİQ-də növbəti mərhələyə keçənlər bəlli oldu – namizədlərə bildiriş göndərildi

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçiminin nəticələri açıqlanıb. Növbəti mərhələdə iştirak hüququ qazanan namizədlər müəyyənləşib.

Azmedia.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.12-15 avqust tarixlərində keçirilən ümumi vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdirilib.

Vakansiya seçimi zamanı uğurlu nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Digər tərəfdən, seçim mərhələsində uğur əldə edə bilməyən və ya vakansiya seçiminə qatılmayan namizədlər üçün proses hələ başa çatmayıb. Onlar müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak etmək imkanına malikdirlər.

Müsahibənin keçirilmə vaxtı və digər detallarla bağlı məlumatların isə əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəyi bildirilib.