Xulian Alvares “Atletiko”dan gedə bilər – “Arsenal”a hə, “Barselona”ya yox

Xulian Alvares “Atletiko”dan gedə bilər – “Arsenal”a hə, “Barselona”ya yox

Xulian Alvaresin “Atletiko Madrid”dəki gələcəyi ilə bağlı vəziyyət dəyişib. Madrid klubu argentinalı hücumçunun ayrılmasına razı ola bilər, lakin onun “Barselona”ya keçidinə qarşı çıxır.

Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki, “Atletiko Madrid” argentinalı hücumçunun transferi ilə bağlı mövqeyini dəyişərək futbolçunun komandadan ayrılması üçün danışıqlara açıq olduğunu bildirib.

26 yaşlı hücumçu “Atletiko Madrid”dən ayrılmaq istəyir və onun üstünlük verdiyi istiqamət “Barselona”dır. Kataloniya klubu isə yay transfer pəncərəsi bağlanmadan əvvəl hücum xəttinə daha bir “9 nömrə” cəlb etməyi planlaşdırır və Alvaresi əsas namizəd hesab edir.

Lakin  Madrid rəhbərliyi argentinalı futbolçunun birbaşa La Liqadakı əsas rəqiblərindən biri olan Kataloniya təmsilçisinə satılmasına qarşıdır. Klubun baş direktoru Migel Anxel Gil Marin bu məsələdə mövqeyini dəyişməyib və futbolçunun Kataloniya təmsilçisinə keçidinə qadağa qoyur.

Məlumata görə, paytaxt klubu artıq forvardın ayrılmasını müzakirə etməyə hazırdır, lakin bunun yalnız "Topçular" variantı olduğu halda mümkün olacağı bildirilir.

London klubu argentinalı hücumçu ilə maraqlanır və onun İngiltərə Premyer Liqasına qayıtması üçün imkan yarada bilər. “Atletiko” isə mümkün transferdən sonra Viktor Gyökeresin komandaya cəlb edilməsini mümkün əvəzləmə variantlarından biri kimi nəzərdən keçirir.

Bununla belə, argentinalı futbolçunun özü “Arsenal” variantına müsbət yanaşmır. Dünya çempionu daha əvvəl “Mançester Siti”də çıxış edib və İngiltərə futboluna qayıtmaq istəmir.

Bu səbəbdən ispaniya klubunun üstünlük verdiyi ssenari hazırda çətin görünür. Futbolçu inglis nəhənginə keçməkdən imtina etdiyi üçün “Barselona” variantı da tamamilə gündəmdən çıxmayıb.

Kataloniya klubu isə hücumçu axtarışını davam etdirir. Onlar yay transfer pəncərəsində ulduz futbolçunu əldə edə bilməsə, hücum xəttinin gücləndirilməsi məsələsini yanvar transfer pəncərəsinə qədər təxirə sala bilər.

Hazırda Dieqo Simyonenin komandası 26 yaşlı oyunçunun ayrılmasına əvvəlki qədər sərt şəkildə qarşı çıxmır. Lakin klubun əsas şərti dəyişməz olaraq qalır: Xulian Alvares “Barselona”ya satılmamalıdır.