İsmayıllıda ağır qəza: 2 nəfər ölüb

İsmayıllıda ağır qəza: 2 nəfər ölüb

İsmayıllıda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər həyatını itirib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində baş verib. “Hyundai” və “Lynco” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai”də olan 2 nəfər ölüb

Qəzada həyatını itirənlər:

         Elina Məmmədova – 60 yaş

         2026-cı il təvəllüdlü körpə oğlan

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az