Sərhəd Qoşunlarının sabiq generalı vəfat etdi FOTO
Azərbaycanın tanınmış generallarından biri, Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov 89 yaşında dünyasını dəyişib.
Azmedia.Az xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər vəfat edib. Generalın sabah dəfn olunacağı, onun Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir.
Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda anadan olub. Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 8 aprel 1994-cü ildə Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, bu vəzifədə 2001-ci ilə qədər çalışıb.
2017-ci ildə Abbasəli Novruzov Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət”ordeni ilə təltif edilib.


