M6 ekspres avtobusunun marşrutu uzadılır – “Elmlər Akademiyası”ndan “Koroğlu”ya gedəcək

M6 ekspres avtobusunun marşrutu uzadılır – “Elmlər Akademiyası”ndan “Koroğlu”ya gedəcək

Bakıda sərnişin tələbatının nəzərə alınması ilə M6 nömrəli ekspres avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. Yenilənmiş marşrut üzrə avtobuslar “Nizami” metrostansiyasından da keçəcək və hərəkətin son məntəqəsi “Koroğlu” metrostansiyası olacaq.

Azmedia.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, dəyişiklik vətəndaş müraciətləri, eləcə də aparılan təhlillər əsasında həyata keçirilir. Məqsəd “Koroğlu” metrostansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının daha səmərəli qarşılanmasıdır.

Məlumata görə, avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar “Nizami” metrostansiyasından keçəcək və burada aralıq dayanacaqda saxlayacaq.

Bununla yanaşı, ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” metrostansiyası müəyyən ediləcək.

Beləliklə, M6 nömrəli ekspres marşrut “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” metro stansiyalarını birbaşa əlaqələndirəcək.