Kürdəxanıda tikinti materialları yanır

Kürdəxanıda tikinti materialları yanır

Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Azmedia.Az xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb. Yol kənarında yerləşən ərazidə tikinti materiallarının yanması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri hadisə yerinə cəlb edilib.

Həmin anda  yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilirdi  və nəticədə yanğın qısa müddətdə söndürülüb.