Ağdaşda kanaldan 56 yaşlı kişinin meyiti tapılıb

Ağdaşda kanaldan 56 yaşlı kişinin meyiti tapılıb

Ağdaşda Şirvan kanalında 56 yaşlı kişinin meyiti aşkarlanıb.

Azmedia.Az xəbər verir ki, hadisə Şirvan kanalının rayonun Şəkili kəndi yaxınlığından keçən hissəsində, körpü ətrafında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü, Yevlax rayon sakini Tofiq Qaçay oğlu Süleymanovun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az