Ağ Şəhərdə zəncirvari qəza: 7 avtomobil toqquşdu
Bakının Ağ Şəhər ərazisində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Azmedia.Az xəbər verir ki, hadisə ötən gecə Xətai rayonunun 3-cü Şərq küçəsində qeydə alınıb.
Məlumata görə, qəza zamanı “Mercedes-Benz”, BYD, BMW, “Audi”, “Hyundai”, “Range Rover” və “Porsche” markalı avtomobillər toqquşub.
Hadisə ilə bağlı daxil olan ilkin məlumata əsasən, qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi və avtomobillərə dəymiş ziyanın həcmi ilə bağlı əlavə məlumat açıqlanmayıb. Qəzanın təfərrüatlarının aidiyyəti qurumlar tərəfindən araşdırıldığı bildirilir.


