Azərbaycan və Özbəkistan razılaşdı: siyasi dialoq və əməkdaşlıq daha da genişlənəcək
Daşkənddə Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafına dair mühüm razılaşmalar əldə olunub. Sənədlər iki ölkə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsini nəzərdə tutur.
Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib.
Görüşün yekununda iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən mühüm sənəd imzalanıb.
Razılaşmalarda ilk növbədə Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun daha da dərinləşdirilməsi nəzərdə tutulur. Sənədlər iki ölkənin strateji əhəmiyyət daşıyan münasibətlərinin möhkəmləndirilməsinə və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Tərəflər həmçinin mövcud əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsini prioritet kimi müəyyənləşdiriblər.
Qeyd edək ki, Ali Dövlətlərarası Şuranın iclası Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində baş tutub.


