İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə bir araya gəldi – ALİ DÖVLƏTLƏRARASI ŞURANIN İCLASI- FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli siyasi dialoqun mühüm platformalarından biri olan Ali Dövlətlərarası Şuranın növbəti iclası keçirilib.
Azmedia.Az xəbər verir ki, avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib.
İclas Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində baş tutub. Görüş iki ölkə arasında siyasi, iqtisadi və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İclasın yekununda Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasının Qərarı imzalanıb.


