İlham Əliyev və Şavkat Mirziyoyev qarşılıqlı olaraq ali dövlət təltiflərini təqdim ediblər- FOTO
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında qarşılıqlı dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.
Azmedia.Az xəbər verir ki, mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə ölkənin ali dərəcəli “Dostluq” ordenini təqdim edib.
Daha sonra Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısına Azərbaycanın ali dövlət təltiflərindən olan “Heydər Əliyev” ordenini təqdim edib.
Qarşılıqlı təltiflər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlığın və qarşılıqlı etimadın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirilir.
Mərasim Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkənddə keçirilib.


