“Niva” “Toyota”ya çırpıldı, ardınca “BMW” də qəza iştirakçısı oldu – MİNGƏÇEVİRDƏ

“Niva” “Toyota”ya çırpıldı, ardınca “BMW” də qəza iştirakçısı oldu  –

Mingəçevirdə bir neçə avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Azmedia.Az bölgə müxbirinin verdiyi məlumata əsasən,hadisə şəhərin Aydın Məmmədov küçəsində baş verib.

Məlumata görə, Mərkəzi Xəstəxananın giriş qapısından əsas küçəyə çıxan “Niva” markalı avtomobil “Toyota Corolla” ilə toqquşub. Daha sonra hərəkətdə olan “BMW” markalı avtomobil qəza iştirakçısı olan avtomobillərdən birinə çırpılıb.

Hadisə zamanı 1971-ci il təvəllüdlü Tünzalə İbrahimova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov