Azərbaycan boksçuları Avropa çempionatından iki medalla qayıdır

Azərbaycan boksçuları Avropa çempionatından iki medalla qayıdır

Azərbaycanın U-19 boks üzrə milli komandası Serbiyanın Loznitsa şəhərində keçirilən Avropa çempionatında iki medala sahib olub.

Azmedia.Az xəbər verir ki, yarışın son günündə Azərbaycan yığmasının aktivinə daha bir medal əlavə edilib. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Baxışov final görüşünü gümüş medalla başa vurub.
Bununla da Azərbaycan millisi 35 ölkədən 354 idmançının iştirak etdiyi U-19 Avropa çempionatını bir gümüş və bir bürünc medalla tamamlayıb.

Yığmanın digər medalını isə Banuçiçək Nəsirli qazanıb. 48 kiloqram çəki dərəcəsində çıxış edən boksçu turnirdə üçüncü yeri tutaraq Azərbaycan komandasına bürünc medal qazandırıb.

Beləliklə, Azərbaycan boksçuları Serbiyada keçirilən qitə çempionatında iki dəfə fəxri kürsüyə yüksəliblər.