Azərbaycanda məktəblərlə bağlı mühüm qərar: 4 milyon manat ayrılır
Bir sıra ümumtəhsil müəssisələrində təmir, abadlıq və infrastrukturun yenilənməsi nəzərdə tutulur.
Azmedia.Az xəbər verir ki, Azərbaycanda bir sıra ümumtəhsil müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı təmir və abadlıq işlərinin həyata keçirilməsi planlaşdırılır.
Bu məqsədlə 4 milyon 14 min 203 manat 39 qəpik vəsait nəzərdə tutulub.
Məlumata əsasən, işlər Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçiriləcək.
Layihə çərçivəsində məktəb binaları və digər qurğularda təmir işlərinin aparılması, ətraf ərazilərin abadlaşdırılması, eləcə də kommunal-kommunikasiya sistemlərinin yaxşılaşdırılması nəzərdə tutulur.
Görüləcək işlərin əsas məqsədi təhsil müəssisələrinin texniki vəziyyətinin yaxşılaşdırılması, şagird və müəllimlər üçün daha təhlükəsiz, rahat və əlverişli təhsil mühitinin formalaşdırılmasıdır.
Qeyd edək ki, məktəblərin infrastrukturunun yenilənməsi təhsil müəssisələrində tədris şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


