Anar Nəcəfliyə yeni vəzifə verildi – AAYDA-da yeni təyinat

Anar Nəcəfliyə yeni vəzifə verildi – AAYDA-da yeni təyinat

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni struktur dəyişikliyi çərçivəsində təyinat həyata keçirilib.

Azmedia.Az xəbər verir ki, AAYDA-nın mətbuat katibi Anar Nəcəfli agentliyin yeni yaradılan İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin olunub.

Məlumata görə, yeni departament qurumun ictimaiyyətlə kommunikasiya, informasiya siyasəti və media ilə əlaqələrinin daha sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Anar Nəcəfli uzun müddətdir AAYDA-nın ictimaiyyətlə əlaqələr və media istiqamətində fəaliyyət göstərib. Yeni vəzifəsi çərçivəsində onun agentliyin kommunikasiya fəaliyyətinin koordinasiyasına rəhbərlik edəcəyi gözlənilir.