Daşkənddə Heydər Əliyevin barelyefi önündə ehtiram – Prezident və birinci xanım gül dəstələri qoydular- VİDEO

Daşkənddə Heydər Əliyevin barelyefi önündə ehtiram – Prezident və birinci xanım gül dəstələri qoydular-

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistana səfər çərçivəsində Daşkənddə Heydər Əliyevin barelyefini ziyarət ediblər.

Azmedia.Az xəbər verir ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında ümummilli lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar.

Dövlət başçısı və birinci xanım ümummilli liderin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.