Xaçınçayda batan avtomobil sudan çıxarılıb - FOTOLAR

Xaçınçayda batan avtomobil sudan çıxarılıb -

Xaçınçay çayında batan avtomobil çıxarılıb.

Azmedia.az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Ağdam və Bərdə rayonlarının inzibati əraziləri arasında baş vermiş hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində çayda qalan avtomobil sudan çıxarılıb.

Ehtiram Muradov

Azmedia.Az