Xankəndi, Xocalı və Ağdərəyə daha bir köç karvanı yola düşdü FOTO
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində növbəti ailələrin doğma yurdlarına köçürülməsi həyata keçirilib.
Azmedia.Az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarının müxtəlif yaşayış məntəqələrinə ümumilikdə 87 ailənin, 335 nəfərin köçü təşkil olunub.
Köç edən ailələr indiyədək Azərbaycanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Yeni mərhələdə sakinlər aşağıdakı yaşayış məntəqələrinə yerləşdiriliblər:
- Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi – 8 ailə, 36 nəfər;
- Xocalı rayonunun Badara kəndi – 5 ailə, 13 nəfər;
- Xanyurdu kəndi – 4 ailə, 10 nəfər;
- Xanabad kəndi – 8 ailə, 31 nəfər;
- Ballıca kəndi – 3 ailə, 8 nəfər;
- Təzəbinə kəndi – 14 ailə, 71 nəfər;
- Ağdərə rayonunun Kolatağ kəndi – 12 ailə, 36 nəfər;
- Həsənriz kəndi – 6 ailə, 30 nəfər;
- Aşağı Oratağ kəndi – 12 ailə, 49 nəfər;
- Çapar kəndi – 15 ailə, 51 nəfər.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sakinlər, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularına təşəkkürlərini bildirərək, Vətən müharibəsində və digər döyüşlərdə şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri ilə yanaşı, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı davam edir.


