20 günün əsgəri vəfat etdi - FOTO

20 günün əsgəri vəfat etdi -

Azərbaycan Ordusunun əsgəri Əsədov Hüseyn Həmzə oğlu vəfat edib.

Azmedia.Az xəbər verir ki, bu barədə Metbuat.az-a mərhumun qohumları məlumat verib. Hüseyn Əsədovun xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, o, 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. Əsgər Hüseyn Əsədov bu gün Binə qəbiristanlığında torpağa tapşırılıb.