Mingəçevirdə 41 yaşlı kişi sutəmizləyici qurğuya yıxılaraq ağır xəsarət alıb- VİDEO
Mingəçevirdə sutəmizləyici qurğuda iş görən 41 yaşlı kişi müvazinətini itirərək yerə yıxılıb. Hadisə nəticəsində o, müxtəlif bədən xəsarətləri alıb.
Azmedia.Az xəbər verir ki, hadisə Mingəçevir şəhərində, Çimərlik yolu ətrafındakı ərazidə baş verib.
Məlumata görə, sutəmizləyici qurğuda iş görən 41 yaşlı Vüqar Abdullayev iş zamanı müvazinətini itirib. O, sərt şəkildə yerə çırpılaraq müxtəlif bədən xəsarətləri alıb.
Yaralı əraziyə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


