Balaca Pərvinin vaxtsız ölümü hər kəsi kədərləndirdi – Kədərli görüntülər VİDEO
Sosial mediada azyaşlı Pərvinin vəfatı ilə bağlı kədərli görüntülər yayılıb.
Azmedia.Az xəbər verir ki, görüntülərdə ailəsinin və yaxınlarının uşağın məzarı başında yaşadığı ağır anlar əks olunub.
Məlumata görə, Pərvinin ani vəfatına kəskin infeksiya səbəb olub. Bildirilib ki, uşaq qəfil yüksək hərarətlə xəstəxanaya çatdırılıb.
İddialara əsasən, Pərvində bağırsaq infeksiyasının qana zəhərlənmə verməsi nəticəsində daxili orqanların fəaliyyətinin dayandığı və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etməyin mümkün olmadığı bildirilib.
Sosial şəbəkələrdə yayılan paylaşımda azyaşlının vəfatının onu tanıyan və görən insanları kədərləndirdiyi qeyd olunub.
Paylaşımda Pərvinin ruhuna dualar edilib, ailəsinə və yaxınlarına səbir dilənilib.
Qeyd edək ki, məzar daşındakı məlumata əsasən, Pərvin 11 avqust 2019-cu ildə anadan olub və 15 iyun 2026-cı ildə vəfat edib.
Allah Rəhmət Eləsin.


