İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda – Bakıda mühüm tədbir- FOTO/VİDEO

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda – Bakıda mühüm tədbir-

Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirilib.

Azmedia.Az xəbər verir ki, sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sözügedən mövzuda tədbir təşkil olunub.

Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun – 2nd Azerbaijan International Investment Forum (AIIF 2026) – ikinci günü davam edir.

Forum İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən təşkil olunub.

Tədbir “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr edilib.

Forumun təşkilində nüfuzlu beyin mərkəzləri də tərəfdaş qismində iştirak edir. Tədbirin strateji tərəfdaşı olan “The European House – Ambrosetti & TEHA Group” Avropanın aparıcı beyin mərkəzlərindən biri hesab olunur. Qurum iqtisadi siyasət, investisiya və rəqabətqabiliyyətlilik istiqamətlərində analitik araşdırmaları ilə tanınır.

Qlobal iqtisadiyyatda müşahidə olunan dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının meydana çıxması, eləcə də texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyində yeni yanaşmaların formalaşmasına səbəb olur.

Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi ölkənin regional və qlobal bağlantılardakı rolunu daha da artırır.

///Azərtac